Yaşamağa nə varki (ياشاماغا نه وار كي !  )

 

Sözümüzün keşikində dura bilsək

Hadəfləri bircə-bircə vurabilsək

Gələcəyi gunumuzdə görə bilsək

Yaşamağa nə varki

*************

Dörd tərəfdən ağ yalanlar görünməsə

Xain quldur saxta cildə burunməsə

Yaltaq adam ayaq altda surunməsə

Yaşamağa nə varki

*****************

Vətən millət şuar deyil , amal olsa

Ortaliqda hünər olsa, kəmal olsa

Söz sahibi , hünər əhli xoşhal olsa

Yaşamağa nə varki

*******************

sevgililər can eşidib can desələr

duyğularin şiddətindəd titrəsələr

könüllərə körpü salsa şən busələr

Yaşamağa nə varki