ياشاماغا نه وار كي !

Yaşamağa nə varki (ياشاماغا نه وار كي !  )

 

Sözümüzün keşikində dura bilsək

Hadəfləri bircə-bircə vurabilsək

Gələcəyi gunumuzdə görə bilsək

Yaşamağa nə varki

*************

Dörd tərəfdən ağ yalanlar görünməsə

Xain quldur saxta cildə burunməsə

Yaltaq adam ayaq altda surunməsə

Yaşamağa nə varki

*****************

Vətən millət şuar deyil , amal olsa

Ortaliqda hünər olsa, kəmal olsa

Söz sahibi , hünər əhli xoşhal olsa

Yaşamağa nə varki

*******************

sevgililər can eşidib can desələr

duyğularin şiddətindəd titrəsələr

könüllərə körpü salsa şən busələr

Yaşamağa nə varki

öz xəyallarımda yaşaddığım sevgilimə sonuram

 

 

Saçın tək xatirin artıx pərişan qaldı mən qaldım

Pərişan günlərilə dərdi hicran qaldı mən qaldım

Bütün dərdən çətin oldu mənə sənsizliyin dərdi

Ucaldı dağların bu çəşme hicran qaldı mən qaldım

Bu eşqin sırrı könlümdə qalarki ta nəfəs vardı

Hədise eshqimiz düyadə pinhan qaldı mən qaldım

sənə qarşı olan duyğum çoxaldixca günü gündan

ürak düşdü xəyallara o heyran qaldı mən qaldım

gözəl röyama gəlmişdin ayildim bu sevincilə

duvarlarda bu təşvişdə hərasan qaldı mən qaldım

bütün taracə geddi sevgilim könlümda hər arzım

görüş kaxı yıxıldıxca o viran qaldı mən qaldım

 

şeir : behruz imani